Sumqayıt Kimya Sənaye Parkında IVECO yük avtomobillərinin yığımı üçün müasir zavod istifadəyə verilib. Obyekt illik 100 avtomobil və 300 kuzov istehsal gücünə malikdir.
Zavodda damper, furqon, sistern və izotermik üstqurumlar quraşdırılır. Bu, çatdırılma müddətini qısaldır, ehtiyat hissə ehtiyatı yaradır və yerli iqtisadiyyata birbaşa töhfə verir.
AZ TEX IMPORT olaraq biz həm idxal, həm də yerli yığım həllərini vahid platformada təqdim edirik.